Pəhrizdə Olanlar Üçün Pəhriz Kompotları

Yields: 1 Serving

Fransızca mənası “qarışıq” olan kompot demək olar ki, hamımızın süfrələrində tez-tez yer alan bir içkidir. Meyvələrin suda şəkər və müxtəlif ədviyyatlarla bişirilməsi ilə hazırlanan kompotların bir-birindən fərqli növləri də var. Damaq dadına görə hazırlanan kompot xüsusilə yay aylarında sərin halda içilir.

İndiki vaxtda sağlam qidalanmanın yayılması və pəhriz saxlayan insan sayının getdikcə artmasıyla birlikdə yeməklərdə də ən sağlam alternativlər axtarılmağa başlanmışdır. Kompot da bunlardan biridir. Pəhriz kompotlarında da suda qaynadılan şəkər yerinə daha sağlam alternativlər əlavə edərək hazırlamaq olar. Evdar.az şəkərin miqdarından narahat olmadan rahat istifadə edə biləcəyiniz kompot reseptlərini təqdim edir.

Çiyələkli Pəhriz Kompotu

Tərkibi:

  • ½ kq çiyələk
  • ½ dəstə təzə nanə yarpağı
  • 1 ədəd dilimlənmiş limon

Hazırlanma qaydası:

Çiyələkləri iki yerə kəsib orta ölçülü bir qazana tökün. Qazana limon dilimlərini də əlavə edib üzərini yüngül keçəcək qədər su əlavə edin. Çiyələklər bişənə qədər qaynatdıqdan sonra soyudun və nanə yarpaqları ilə bəzəyib süfrəyə verə bilərsiniz.

Albalılı Pəhriz Kompotu

Tərkibi:

  • ½ kq albalı
  • 5 stəkan su
  • 4-5 ədəd mixək
  • 1 ədəd çubuq darçın

Hazırlanma qaydası:

Albaların saplarını ayırıb bol suda yuyub orta ölçülü bir qazana tökün. Başqa bir qazanda suyu qaynadıb içərisinə darçın və mixək əlavə edin. Qaynayan ədviyyatlı suya albalıları əlavə edib 10-15 dəqiqə bişirin. Darçın və mixəyi qazandan götürüb kompotunuzu qablara paylaşdırın. Soyuduqdan sonra süfrəyə verin.

Ərikli Pəhriz Kompotu

Tərkibi:

  • ½ kq ərik
  • 1 ədəd darçın çubuğu
  • 1 çay qaşığı vanil ekstraktı

Hazırlanma qaydası:

Əriklərin tumunu çıxarıb ortadan ikiyə bölün. Orta ölçülü bir qazana ərikləri, vanil ekstraktı və darçını töküb üzərini yüngül keçəcək qədər su əlavə edin. Su qaynamağa başladıqdan sonra ocağı zəiflədib 5-6 dəqiqə daha bişirin və soyuduqdan sonra süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.