Pəhrizdə Olanlar Üçün Yüngül Tərəvəz Şorbası

Yields: 1 Serving

Pəhriz menyusu üçün ideal şorba resepti. Evdar.az çox vaxt aparmayan, ləzzətli və faydalı püre- şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 700 qr kabak
  • 250 qr pomidor
  • 150 qr soğan
  • 6 xörək qaşığı yulaf yarması
  • 700 ml su
  • 1 xörək qaşığı günəbaxan yağı
  • duz, istiot zövqə görə
  • bir neçə budaq şüyüd

Hazırlanma qaydası:

Təzə, tumsuz kabakları və pomidoru yaxşıca yuyun. Soğanın da qabığını soyub yuyun. Tərəvəzləri iri kub formasında doğrayın. Bir qazana doğranmış pomidor, kabak, soğan və qaynar su töküb 15-20 dəqiqə bişirin. Bişən tərəvəzlərə duz, istiot və yulaf yarması töküb 2-3 dəqiqə bişirin. Şorbanı ocaqdan götürüb qapağı bağlı şəkildə 5 dəqiqə kənarda saxlayın. Daha sonra əl blenderiylə şorbanı püre halına gələnə  qədər yaxşıca qarışdırın. Şorbaya günəbaxan yağını da əlavə edib qarışdırın. Hazır şorbanı porsionluq kasalara bölüşdürün və üzərini doğranmış şüyüdlə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.