Pəhrizdə Olanlar Üçün Şəkərsiz Pankek

Yields: 1 Serving Difficulty: Easy

Diabet xəstələri və pəhrizdə olanlar  üçün səhər yeməyinə şəkərsiz qəlyanaltı hazırlaya bilərsiniz. Evdar.az şəkərsiz pankek reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  •  1 stəkan süd
  •  1 xörək qaşığı bal
  •  1 + 1/4 stəkan un
  •  1 çay qaşığı soda
  •  1 paket vanil və ya 1 xörək qaşığı vanil ekstraktı
  •  1 xörək qaşığı darçın

Hazırlanma qaydası:

Bir qabda yumurta, süd və balı mikserlə çırpın. Başqa bir qabda un, soda, vanil və darçını qarışdırın. Yumurtalı qarışığıa unlu qarışığı əlavə edib yaxşıca çırpın. Tavanı qızdırın, qarışıqdan 1 çömçə tökün və təxminən 2-3 dəqiqə ikitərəfli bişirin. İstəyə görə meyvələrlə və qızılağac siropu ilə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.