Payızın Sehrli Rənglərini Əks Etdirən “Payız Rapsodiyası” Salatı

Yields: 1 Serving

Rapsodiya salatı istənilən bayram üçün evdə asanlıqla hazırlana bilən çox maraqlı, dadlı və doyurucu bir salatdır. Hətta təcrübəsiz gənc evdar xanımlar belə bu salatı hazırlaya bilər. Evdar.az dadlı Rapsodiya salatının reseptini təqdim edir.

Tərkibi:

  • 8 ədəd kartof
  • 15 ədəd yerkökü
  • 4 ədəd yumurta
  • 15 dənə qara gavalı (tumsuz)
  • 1 ədəd nar
  • 2 dəstə şüyüd
  • 200 qr qaynadılmış mal əti
  • duz,istiot
  • 2 banka 15%-lik xama
  • mayonez,xardal sousu

Hazırlanma qaydası:

İlk öncə kartof, yumurta və yerkökünü suda bişirin. Bişən tərəvəzləri sudan çıxarıb soyudun və qabığını soyun. Bişmiş kartof, yerkökü və yumurtanı sürtgəcdən keçirin. Narı dənələyin. Mal ətini suda bişirib didin. Bir qabda xama, mayonez və xardal sousunu qarışdırın. Tumsuz qara gavalını doğrayın.
Salatı hazırlayacağınız boşqaba konditer dairəsi  yerləşdirin və hazırladığınız məhsulları dairənin içərisinə qatlarla düzün.
Kartof +ət+ nar dənəsi+kartof+ət+ qara gavalı+yumurta. Bu ardıcıllıqla düzərək hər qata sous yaxıb, duz, istiot səpin.
Üzərini zövqə görə doğranmış şüyüd və ya nar dənəsiylə bəzəyin.

 

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.