Pekin Kələmi ilə Dadlı Salat

Yields: 1 Serving

Pekin kələmi azkalorili tərəvəzlərdən hesab edilir. Onun 100 qramında 13 kalori var. Bu tərəvəz öz sağlamlığına və çəkisinə nəzarət edənlər üçün idealdır. Evdar.az Pekin kələmi ilə hazırlanan dadlı və doyumlu salatın reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr Pekin kələmi
  • 200 qr konservləşdirilmiş qarğıdalı dənələri
  • 200 qr toyuq filesi
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 1 ədəd təzə xiyar
  • 1 ədəd duzlu xiyar
  • 3 xörək qaşığı mayonez
  • duz,istiot

Hazırlanma qaydası:

Toyuq filesini az zeytun yağında duz, istiot vurub tavada iki tərəfli yaxşıca qızardın. Soyuduqdan sonra tərəvəzlərə uyğun doğrayın. Kələm, təzə xiyar, duzlu xiyar və bolqar bibəri də doğrayın. Bir qabda doğranmış tərəvəzlər və fileni qarışdırın. Üzərinə suyu süzülmüş qarğıdalı dənələri, duz, istiot və mayonez əlavə edib qarışdırın. Salat hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.