Pendirli, Sarımsaqlı Ləziz Burmalar

Yields: 1 Serving

Dadlı və doyurucu pendirli, sarımsaqlı burma hazırlaya bilərsiniz. Evdar.az ləzzərtli burma reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 1,5 stəkan ilıq süd
  • 1 çay qaşığı şəkər tozu
  • 1 xörək qaşığı maya
  • 1 çay qaşığı duz
  • 100 qr əridilmiş ilıq kərə yağı
  • 4 stəkan un

İçlik üçün:

  • 50 qr kərə yağı
  • 150 qr holland pendiri
  • 1 diş sarımsaq
  • 1/3 çay qaşığı duz
  • 1/2 dəstə cəfəri
  • 2-3 budaq yaşıl soğan

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda süd, şəkər tozu və mayanı qarışdırıb 5 dəqiqə kənarda saxlayın. Üzərinə yag və un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri mayalanması üçün yarım saatlıq kənarda saxlayın. Mayalanan xəmiri düzbucaqlı formada 2-3 sm qalınlığında yayın.
İçliyi hazırlamaq üçün kərə yağını əridib içərisinə duz və sürtgəcdən keçirilmiş sarımsaq əlavə edin. Hazırladığınız içliyi yaydığınız xəmirə yaxın. Holland pendirini də sürtgəcdən keçirib xəmirin üzərinə səpin. Göyərtini də doğrayıb səpin və xəmiri rulet kimi bükün. Rulet kimi bükdüyünüz xəmiri iki barmaq enində dilimləyin. Dilimləri yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə yumurta sarısı yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.