Pizzaçıların Sirr Kimi Saxladığı Pizza Ədviyyatı-3 Fərqli Resept

Pizzacıların Sirr Kimi Saxladıgı Pizza edviyyatı-3 Ferqli Resept
Yields: 1 Serving

Pizza İtalyan mətbəxindən bütün dünyaya yayılan kiçikdən böyüyə hər kəsin sevdiyi qəlyanaltıdır. Kolbasa, sosiska, pendir, qarğıdalı dənəsi və bibər kimi müxtəlif məhsullardan istifadə edilərək hazırlanan pizzalar ev şəraitində bişirilir və ya restoran şəbəkələrində hazır alıb yeyilir. Xüsusilə hazır aldığınız pizzayla birlikdə gələn ədviyyatları bəyənirsiniz, lakin onun tərkibində nə olduğunu bilmirsiniz? Eyni ləzzətli ədviyyatı ev şəraitində də hazırlaya bilərsiniz. Evdar.az pizzanın dadını iki qat artıracaq və doya bilməyəcəyiniz 3 dadlı pizza ədviyyatı reseptini təqdim edir:

Pizzaçıların Sirr Kimi Saxladığı Pizza Ədviyyatları

Şirin Pizza ədviyyatının tərkibi:

  • 3 çay qaşığı qırmızı şirin bibər tozu
  • 1 çay qaşığı sarımsaq tozu
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı zərdəçal tozu
  • yarım çay qaşığı duz

Şirin Pizza ədviyyatının hazırlanma qaydası:

Qapaqlı ədviyyat qabına şirin bibər tozu, sarımsaq tozu,kəklikotu, zərdəçal tozu və duzu əlavə edib qapağını bağlayın. Ədviyyatları yaxşıca çalxalayaraq qarışdırın və sonra istifadə etməyə başlayın. Hazırladığınız ədviyyat qarışığının ləzzətini tam inkişaf etdirmək istəyirsinizsə bir neçə gün gözlədin. Eyni nisbətdə inqrediyentlərin miqdarını artıraraq daha çox pizza ədviyyatı da hazırlaya bilərsiniz.

Acılı Pizza Ədviyyatının tərkibi:

  • 2 çay qaşığı qırmızı pul bibər
  • 1 çay qaşığı qırmızı bibər tozu (zövqünüzə görə şirin və ya acı)
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı reyhan qurusu
  • 1 çay qaşığı sarımsaq tozu
  • yarım çay qaşığı duz

Acılı Pizza Ədviyyatının hazırlanma qaydası:

Qapaqlı ədviyyat qabına qırmızı pul bibər, qırmızı bibər tozu, kəklikotu, reyhan qurusu, sarımsaq tozu və duz əlavə edib qapağını bağlayın və yaxşıca qarışdırın. Bir neçə gün saxlayın, vaxtaşırı qarışdırın ki, ədviyyatlar bir-birinə qarışsın. İstədiyiniz zaman, istədiyiniz yeməkdə istifadə edə bilərsiniz.

Mükəmməl aromaları ilə çox fərqlidir: Bol Məhsullu Pizza Ədviyyatı

Daha ətirli ləzzətlərlə hazırlanmış xüsusi pizza ədviyyatlarına üstünlük verirsinizsə bu resepti sınayın.

Bol Məhsullu Pizza Ədviyyatının tərkibi:

  • 1 çay qaşığı sarımsaq tozu
  • 1 çay qaşığı soğan tozu
  • 1 çay qaşığı qurudulmuş reyhan
  • 1 çay qaşığı dağ kəklikotusu
  • 1 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı mərcanköşk (oreqano bitkisi)
  • yarım çay qaşığı istiot
  • yarım çay qaşığı duz

Bol Məhsullu Pizza Ədviyyatının hazırlanma qaydası:

Digərlərində olduğu kimi qapaqlı ədviyyat qabına sarımsaq tozu, soğan tozu, qurudulmuş reyhan, dağ kəkilkotusu, keşniş toxumu, mərcanköşk (oreqano bitkisi, istiot və duz əlavə edib qapağını bağlayın və yaxşıca qarışdırın. İstəyə görə dərhal və ya bir neçə gündən sonra istifadə etməyə başlayın.

Əlavə qeyd:

  • Hər 3 reseptdə inqrediyentlərin miqdarını eyni nisbətdə artıraraq, pizza ədviyyatlarınızı bolca hazırlayıb hava keçirməyən, sərin və quru yerdə uzun müddət saxlaya bilərsiniz. Unutmayın ki, sarımsaq tozu ədviyyat qarışığınıza bir az nəmli tekstura verəcək.
  • Zövqünüzə uyğun əlavə etdiyiniz inqrediyentləri dəyişdirə bilərsiniz.
  • Ləzzətli ədviyyat qarışığını  çox hazırlasanız qalanını hava keçirməyən qapaqlı ədviyyat rəfində uzun müddət etibarlı şəkildə saxlaya bilərsiniz.
  • Nəinki pizzada, hətta yaraşdırdığınız hər yeməkdə istifadə edə bilərsiniz. Ət və toyuq yeməklərində istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir