Pol Robson- Dadından Həzz Alacağınız Ləzzətli Tort

Dadından Həzz Alacağınız Ləzzətli Pol Robson Tortu1
Yields: 1 Serving

“Pol Robson” tortu təkrarolunmaz səsi olan amerikalı qaradərili müğənni Paul Robesonun şərəfinə yaradılıb və adlandırılıb. Evdar.az bir dilimindən sonra adını unudub yalnız dadından həzz alacağınız çox ləzzətli tortun reseptini təqdim edir.

Pol Robson tortunun tərkibi:

Korj üçün:

  • 4 ədəd yumurta
  • 350 qr şəkər tozu
  • 500 qr 20%-lik xama
  • 350 qr un
  • 6 xörək qaşığı əridilmiş kərə yağı
  • 50 qr kakao
  • 1 çay qaşığı soda
  • 5 qr qabartma tozu

Krem üçün:

  • 500 qr qatılaşdırılmış süd
  • 3 ədəd yumurta sarısı
  • 50 qr kakao
  • 400 qr kərə yağı

“Pol Robson” tortunun hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Başqa bir qabda xamanın üzərinə soda əlavə edib qarışdırın. Xamanı çırpılmış yumurta kütləsinin üzərinə əlavə edib mikserlə 1-2 dəqiqə qarışdırın. Əridilmiş soyuq kərə yağını da əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və kakonu ələyib topaq qalmayacaq şəkildə qarışdırın. Diametri 24 sm olan soba qəlibinə yağlı kağız sərin. Xəmiri yağlı kağız sərilmiş siniyə töküb hamarlaşdırın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin. Korjun bişməyini çöp şişlə yoxlayın. Bişən korju dəmir torun üzərində soyudun.

Kremi hazırlamaq üçün qazana qatılaşdırılmış süd, yumurta sarısı və kakao əlavə edib orta odda qaynayana qədər dayanmadan qarışdıraraq bişirin. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Soyuyan kütlədən hissə-hissə çırpılmış kərə yağına əlavə edib mikserlə çırpın. Kütlə bitənə qədər əlavə edib mikserlə yaxşıca çırpın.

Soyuyan korju bıçaqla və ya sapla 3 hissəyə ayırın. Korjun qabarmış üst hissəsini kəsib ayırın əllə ovuntu halına gətirin. Və ya mətbəx robotuyla xırdalayın. Bu ovuntunu tortun üzərini və kənarlarını bəzəmək üçün kənara ayırın. İlk korju tortu hazırlayacağınız qaba yerləşdirib kremləyin. İkinci qatı da qoyub krem yaxın. Üçüncü qat korju da yerləşdirin. Tortun üstünü və kənarlarını kremləyib ovuntuyla da hər tərəfini örtün. Hazır tortu 2 saat otaq temperaturunda gözlətdikdən sonra süfrəyə verə bilərsiniz.

Ən dadlı tort reseptləri -Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir