Proteinlə Zəngin Kalmardan Kotlet

Yields: 1 Serving

Kalamardan gözəl kotletlər hazırlaya biləcəyinizi bilirdinizmi? Bu, dəniz məhsulu zülalla zəngindir. Evdar.az proteinlə zəngin kalmardan kotletin reseptini təqdim edir.

Proteinlə Zəngin Kalmardan Kotletin tərkibi:

  • 300 qr kalmar filesi
  • 1 ədəd yumurta
  • 150 qr ağ çörək
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı un
  • bir çimdik duz
  • qızartmaq üçün bitki yağı

Proteinlə Zəngin Kalmardan Kotletin hazırlanma qaydası:

Kalmar filesini doğrayın. Ağ çörək dilimini və soğanı mətbəx robotuyla xırdalayın. Doğranmış kalmar filesini, yumurta sarısı və duzu da əlavə edib qiymə halına gətirin. Hazırladığınız kütləni soyuducuda yarım saat saxlayın ki, bir az qatılaşsın. Daha sonra əlinizi isladaraq bir xörək qaşığı qiymədən götürüb ənənəvi kotlet forması verin. Una bulayıb qızğın bitki yağında zəif ocaqda iki tərəfli qızardın. Sonra kotletlərin üzərinə dibini örtəcək qədər su tökün. Qapağını bağlayıb 5-7 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir