Qəbələ Mətbəxinin Ləziz Yeməyi “Şirəli Dana”

Yields: 1 Serving

Bir çox restoranlarda rast gəldiyiniz “şirəli dana ” yeməyini ev şəraitində hazırlayıb əsl ziyafətə çevirə bilərsiniz. Əsl şirəli dana yeməyi dana ətinin boyun və bel ətindən hazırlanan təamdır. Bu hissənin əti bişdikcə həlimli bir hal aldığı üçün “şirəli” sözü də məhz burdan götürülüb. Evdar.az dadı uzun müddət damağınızdan getməyəcək “şirəli dana” yeməyinin reseptini təqdim edir.

Qəbələ Mətbəxinin “Şirəli Dana” yeməyinin tərkibi:

  • 1 kq ət (boyun və ya bel hissəsi)
  • 2 ədəd soğan
  • 100 qr kərə yağı
  • 2 xörək qaşığı zirinc və ya nar dənəsi
  • zövqə görə alça, heyva, ağ şərab
  • duz, istiot, sarıkök

Qəbələ Mətbəxinin “Şirəli Dana” yeməyinin hazırlanma qaydası:

İlk öncə əti doğrayıb qazana tökün. Üzərini keçəcək qədər su əlavə edib 1,5 saat vam odda qaynamağa qoyun. Bişən ətə duz əlavə edib qarışdırın və ocaqdan götürün. Daha sonra bişmiş ətin suyunu başqa qaba süzün. Tavaya kərə yağı əlavə edib yarım halqa doğranmış soğanları yağda yüngül qovurun. Üzərinə zövqə görə istiot və sarıkökü əlavə edib qarışdırın. Dərin bir qazana qovrulmuş soğanı və bişmiş ətləri töküb qarışdırın. Üzərinə süzülmüş ət suyunu da əlavə edib 20 dəqiqə qaynamağa qoyun. Bu yeməyə zövqə görə ağ şərab da əlavə edə bilərsiniz. Hazır olan yeməyə  zirinc və ya nar dənəsi əlavə edib ocağın altını söndürün. Mövsümə görə doğranmış heyva və ya alça əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir