Category: Qəlyanaltılar, Uşaq Yeməkləri

Yields:
1 Serving
Bəkməzli yumurta qış aylarında ən faydalı və ləzzətli səhər yeməyidir. Soyuq havaya qarşı qalxan olan və orqanizmin müqavimətini artıran bu səhər yeməyi gün boyu sizi tox tutacaq və gumrah saxlayacaq. Bəkməzli yumurta yeməyi öskürəyi kəsir və qanazlığına da xeyirlidir. Evdar.az bəkməzli yumurtanın reseptini təqdim edir.
Bəkməzli Yumurtanın tərkibi:
- 50 qr kərə yağı
- 3 ədəd yumurta
- yarım çay stəkanı üzüm bəkməzi
Bəkməzli Yumurtanın hazırlanma qaydası:
Tavaya ilk öncə kərə yağını töküb əridin. Ərinmiş yağa yumurtaları sındırıb və taxta qaşıqla və ya spatulayla qarışdıraraq bişirin. Bişməyə yaxın bəkməzi də əlavə edib zəif odda 1 dəqiqə saxlayın. Ocağın altını söndürüb isti halda süfrəyə verin. Zövqə görə üzərinə doğranmış qoz ləpəsi əlavə edə bilərsiniz.
Nuş Olsun!