Qanı Təmizləyən Qara Tut İlə Piroq

Yields: 1 Serving

Qara tut müxtəlif vitaminlər, məsələn A vitamini, B, C və digər qrup vitaminləri ilə zəngindir. Tərkibinə dəmir, kalsium və kalium, sink, mis və digər mikroelementlər də daxildir.  Tut qanı təmizləyir, maddələr mübadiləsini normallaşdırır. Bu faydalı giləmeyvədən dadlı, ağızda əriyən piroq hazırlaya bilərsiniz. Evdar.az qara tut ilə hazırlanan dadlı piroqun reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr un
  • 2 ədəd yumurta
  • 0,5 ədəd limon qabığı (rəndələnmiş)
  • 1 paket vanil
  • 1 çay qaşığı qabartma tozu
  • 300 qr qara tut
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan kefir və ya qatıq

Hazırlanma qaydası:

İlk öncə bir qabda 2 yumurta və 1 stəkan şəkər tozunu mikserlə çırpın. Yarım limonun qabığını sürtgəcdən keçirin. Yumurtalı qarışığın üzərinə qatıq (kefir), qabartma tozu,  vanil, rəndələnmiş limon qabığı və un töküb yaxşıca qarışdırın. Diametri təqribən 24 sm olan soba sinisini yağlayıb unlayın. Xəmirin yarısını siniyə töküb üzərinə 300 qr qara tut yerləşdirin. Daha sonra üzərinə xəmirin geri qalanını tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.