Category: Şorbalar

Yields:
1 Serving
Limon şorbası qarlı soyuq havada dərman kimi şəfalı, immunitet sistemini gücləndirən dadlı seçimdir! Bir az turş dadı ilə damaqda təravətləndirici bir dad buraxan müalicəvi şorba qış aylarında xəstəliklərdən qoruyur. Həmçinin limon şorbası Ramazanda iftar üçün də idealdır. Evdar.az qarlı havada dərman kimi şəfalı limon şorbasının reseptini təqdim edir.
Qarlı Soyuq Havada Dərman Kimi Şəfalı Limon Şorbasının tərkibi:
- 1 ədəd soğan
- 1 diş əzilmiş sarımsaq
- 1 ədəd limon suyu
- bir az rəndələnmiş limon qabığı
- 1 xörək qaşığı un
- 1 xörək qaşığı kərə yağı
- 4 stəkan toyuq bulyonu
- 200 ml duru qaymaq
- təzə nanə yarpaqları
- duz, istiot
Qarlı Soyuq Havada Dərman Kimi Şəfalı Limon Şorbasının hazırlanma qaydası:
İlk öncə soğanı kiçik kub formasında doğrayın. Sarımsağı sarımsaqəzəndən keçirin. Qazana kərə yağını əlavə edib əridin. Doğradığınız soğan və əzilmiş sarımsağı yağda 2-3 dəqiqə qovurun. Üzərinə unu əlavə edib qovurmağa davam edin. Toyuq bulyonunu da qazana töküb orta odda qaynamağa qoyun. Qaynayan şorbaya duz, istiot, limon suyu və rəndələnmiş limon qabığı əlavə edib təxminən 10 dəqiqə bişirin. Ocağın altını söndürüb duru qaymağı əlavə edib qarışdırın. Üzərinə təzə nanə yarpaqları töküb isti halda süfrəyə verin.
Əlavə qeyd:
- Limon suyunu şorbaya əlavə etdikdən sonra çox uzun müddət qaynatmayın,əks halda şorba çox turş olar.
- Şorbanın daha da doyurucu olması üçün içərisinə qaynadılmış və doğranmış toyuq tikələri əlavə edə bilərsiniz.
- Şorbanın ləzzətini artırmaq üçün sürtgəcdən keçirilmiş Parmesan və tulum pendiri əlavə edə bilərsiniz.
- Şorbanın sarı rəngini vurğulamaq istəyirsinizsə, çox az miqdarda sarıkök əlavə edə bilərsiniz.
- Qaymağı əlavə etdikdə çürüməməsi üçün otaq temperaturunda olmalıdır və şorbaya əlavə etdikdə dayanmadan qarışdırın.
Ən dadlı şorbalar Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Əsl havasıdır bu şorbanın.Təşəkkür edirəm.