Qat-Qat Napoleon Peçenyesinin Ən Sadə Resepti

Yields: 1 Serving

Çayın yanına sadə tərkibli peçenye. Evdar.az qat-qat Napoleon peçenyesinin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr kərə yağı
  • 170 qr un
  • 50 ml su
  • 1 çay qaşığı uksus
  • 1 çimdiz duz
  • 3/4 stəkan şəkər tozu

Hazırlanma qaydası:

Unun içərisinə bir çimdik duz töküb ələkdən keçirin. Dondurulmuş yağı kiçik parçalara kəsin, una əlavə edin. Kərə yağı və unu əllərinizlə umac halına gələnə qədər ovun. Başqa bir qaba buzlu su və sirkə tökün. Quru qarışığa mayeni töküb ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri düz bir səthə qoyun, 3-4 mm qalınlığında oxlovla düzbucaqlı bir yuxa açın. Yuxanın üzərinə ümumi miqdarın dörddə birini istifadə edərək şəkər tozu səpin. Kiçik bir zərf kimi büküb bütün kənarlarını bir-bir ortada qatlayın. Xəmiri yenidən nazik yayıb şəkər tozu səpin, zərf kimi bükün. Bu proseduru daha 2 dəfə təkrarlayın. Dördüncü dəfə qatladığınız xəmirdən qalınlığı 1 sm-dən çox olmayan bir düzbucaqlı yayın. Onu bərabər ölçülü kiçik üçbucaqlara kəsin. Xəmirin qalan hissəsini birləşdirib yuvarlayın, üçbucaqlar kəsin. Üçbucaqları soba sinisinə aralıqlarla düzüb şəkər tozu səpin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Bişən peçenyeləri çayın yanında süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.