Qəbələ Mətbəxinin Məşhur Həmzəli Halvası

Qebele Metbexinin Meshur Hemzeli Halvası
Yields: 1 Serving

Həmzəli halvası Qəbələ rayonunun Həmzəlli kəndinin məşhur şirniyyatlarındandır. Bu halvaya həm də qoz halvası da deyilir. Müxtəlif növləri olan bəkməz və ya şəkər tozundan hazırlanan Həmzəli halvasına küncüt və fındıq ləpəsi də əlavə edilir. Evdar.az Qəbələ mətbəxinin Həmzəli halvasının reseptini təqdim edir.

Qəbələ Mətbəxinin Məşhur Həmzəli Halvasının tərkibi:

Şəkərli halva üçün:

  • 1 kq şəkər tozu
  • 2-3 stəkan su
  • 1 ədəd yumurta ağı
  • qovrulmuş qoz ləpəsi
  • zövqə görə 100 qr meyvə qurusu (alma qurusu)

Bəkməzli halva üçün:

  • 1 kq bəkməz (doşab)
  • 700 qr qovrulmuş qoz ləpəsi
  • zövqə görə 100 qr meyvə qurusu

Qəbələ Mətbəxinin Məşhur Həmzəli Halvasının hazırlanma qaydası:

Şəkərli halvanın hazırlanması üçün dərin bir qazana su və şəkər tozu əlavə edib şərbət hazırlayın. Qaynayan şərbəti ocaqdan götürüb otaq temperaturunda soyudun. Bu vaxt ərzində 1 ədəd yumurtanın ağını mikserlə yaxşıca çırpın. Çırpılmış yumurta ağını ilıq halda olan şərbətə əlavə edib kütlə ağarana qədər qarışdırın. Həmzəli halvası yalnız taxta qaşıqla qarışdırılmalıdır. Daha sonra içərisinə yüngül qovrulmuş xə xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Zövqə görə meyvə qurusu da əlavə edə bilərsiniz. Daha sonra streç salafan sərilmiş qəliblərə yayıb yaxşıca soyudun. Soyuduqdan sonra sərtləşən halvanı bıçaqla və ya qənd kəsənlə kəsib süfrəyə verə bilərsiniz.

Bəkməzli halva üçün dərin bir qazana doşabı töküb qaynadın. Qaynayan doşaba qoz ləpəsini əlavə edib 10-15 dəqiqə qarışdıraraq bişirin və ocaqdan götürün. Zövqə görə içərisinə meyvə qurusu əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir