Qış Üçün Marinə Edilmiş Bolqar Bibəri

Yields: 1 Serving

Bu, bolqar bibərini qışa saxlamaq üçün çox rahat üsuldur. İstənilən yeməkdə istifadə etmək olar. Evdar.az bolqar bibərini qışa saxlamağın ən rahat üsulunu təqdim edir.

Qış Üçün Marinə Edilmiş Bolqar Bibərinin tərkibi:

  • 1 kq bolqar bibəri
  • 1 ədəd dəfnə yarpağı
  • 5 ədəd dənə istiot
  • 2,2 litr su
  • 2 xörək qaşığı 9%-lik sirkə və ya uksus
  • 1,5 xörək qaşığı şəkər tozu
  • 1,5 xörək qaşığı duz

Qış Üçün Marinə Edilmiş Bolqar Bibərinin hazırlanma qaydası:

İlk öncə bolqar bibərini yuyun. Bibərin qapaq hissələrini budaqları ilə birlikdə kəsin,tumunu çıxarı iç hissəsini yaxşıca təmizləyin. Qazanda su qaynadın. Hazırladığınız bibərləri 3-4 dəqiqəlik qaynayan suya salıb çıxarın. Əvvəlcədən strelizə edilmiş 3 litrlik bankaya bibərləri doldurun.

Marinadı hazırlamaq üçün bir qazanda 2,2 litr su, duz və şəkər tozu əlavə edib qaynamağa qoyun. Orta odda qaynamağa başlayan suya dəfnə yarpağı və dənə istiot əlavə edib 1-2 dəqiqə qaynadıb ocaqdan götürün. Qaynar marinadı bibərlə doldurulmuş bankaya tökün və uksus əlavə edib steril qapaqla tez bağlayın. Bankanı tərs çevirib soyuyana qədər gözlədin. Soyuduqdan sonra sərin və qaranqlıq yerdə saxlayın. Qışda bankanı açıb suyunu süzün və bütün içi boş bibərləri sevdiyiniz içliklə doldurun. Sonra, doldurulmuş bibərləri adi şəkildə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir