Qışa Duzsuz, Susuz Və Uksussuz Pomidor Saxlamağın Qaydası

Yields: 1 Serving

Yayın sonu və payızın əvvəlində evdar qadınlar qış üçün tərəvəz yığmağa başlayır. Bir çox üsullardan istifadə edərək qışa hazırlıq edilir. Ancaq çox güman ki, eşitmədiyiniz, sınanılmış bir üsul var. Sadə və effektiv üsulla duzsuz, susuz və uksussuz pomidoru qışa təzə dərilmiş kimi saxlaya bilərsiniz. Evdar.az-ın təqdim etdiyi bu reseptlə xardalla yığılan pomidorlar uzun müddət şüşə bankalarda saxlanılır.

Tərkibi:

3 litrlik banka üçün:

  • 5-6 xörək qaşığı xardal tozu
  • apardığı qədər pomidor

Hazırlanma qaydası:

İlk öncə bankaları sterilizə edin. Pomidorları yuyub və hərtərəfli qurudun. Quru və təmiz qaşıqla xardal tozu götürüb və quru bankalara səpin. Bir-birini əzib sıxmadan bankanın dibinə 1 qat pomidor düzün. Daha sonra yenə xardal tozu səpin. Banka dolanadək bu prosesi təkrarlayın. Ən sonda yenə xardal tozu səpib qapağını (steril və quru) bağlayın. Bundan sonra bankanı masaya əyib (aşırıb) ehtiyyatla gəzdirin ki,  xardal bərabər yayılsın. Sərin və qaranlıq yerdə saxlayın.

Bu şəkildə bağlanan tərəvəzlər niyə təzə olaraq qalır?

Xardal tozunun tərkibindəki efir yağları çürüdücü bakteriyaların artıb-çoxalmasının qarşısını alaraq pomidorların təzə qalmasına imkan yaradır. Bu tozun antibakterial xüsusiyyəti məhsulun rəf ömrünü uzadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.