Qlintveyn- Şərab Kompotu

Yields: 1 Serving

Qlintveyn – alman dilindən Glühwein (glühender wein) “İsti şərab” və ya “Şərab kompotu” deməkdir. Bu, xüsusilə Avropa ölkələrində məşhur olan içki növüdür. Evdar.az hazırlanması asan olan Qlintveyn içkisinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 litr qırmızı şərab
  • 100 qr şəkər tozu
  • 1 ədəd portağal
  • 1 ədəd alma
  • darçın çubuğu, mixək, dəfnə yarpağı.

Hazırlanma qaydası:

Portağalı dilimləyin, almaların çəyirdəyini təmizləyin və dilimləyin. Bir qazana portağal və alma dilimlərini düzün. Üzərinə darçın çubuğu, mixək dənəsi və şəkər tozu əlavə edin. Şəkər tozunu zövqə görə artırıb azalda bilərsiniz. Daha sonra şərabı da əlavə edib zəif ocaqda təxminən 10-15 dəqiqə qızdırın (qaynatmaq olmaz!) İsti şərabı süzüb süfrəyə isti halda verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.