Qonaqlarınızı Sevindirəcək Dadlı “Payız Meşəsi” Salatı

Qonaqlarınızı Sevindirecek Dadlı Payız Mesesi Salatı
Yields: 1 Serving

“Payız meşəsi” salatı şənlik süfrəsinin iştahaaçan görünüşlü və ləziz salatlarından biridir. Evdar.az “Payız meşəsi” salatının reseptini təqdim edir.

Dadlı “Payız Meşəsi” Salatının tərkibi:

  • 1 ədəd toyuq filesi
  • 300-400 qr şampinyon göbələyi
  • 3 ədəd duzlu xiyar
  • 1 ədəd yerkökü
  • duz, istiot
  • 1 ədəd soğan
  • mayonez
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 3 xörək qaşığı uksus
  • 80 ml su
  • 2 ədəd yumurta
  • çimdik duz
  • 100 qr qarğıdalı dənəsi
  • cəfəri

Dadlı “Payız Meşəsi” Salatının hazırlanma qaydası:

İlk öncə soğanı yarım halqa formasında doğrayın. Doğranmış soğanı bir qaba qoyub üzərinə uksus və şəkər tozu əlavə edib 10 dəqiqə saxlayın. Bir qabda yumurtanın üzərinə çimdik duz əlavə edib çəngəllə çırpın. Yumurtanın yarısını az yağlı tavada iki tərəfli omlet kimi bişirin. Qalan yumurtanı da bişirib tavadan götürün. 2 ədəd omletləri soyudub nazik formada doğrayın. Toyuq filesini duzlu suda bişirib sonra didin. Göbələyi yarım halqa formasında doğrayıb az yağda qovurun. Yerkökünü də suda bişirib qabığını soyun və sürtgəcin iri gözündən keçirin. Duzlu xiyarı kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba ilk öncə didilmiş toyuq filesini düzün. Üzərinə istiot səpib mayonez yaxın. Soyuyan qovrulmuş göbələyi də üzərinə düzün və istiot səpin. Üzərinə sürtgəcdən keçirilmiş yerkökünü də düzüb mayonez yaxın. Üzərinə kiçik kub formasında doğranmış turşu xiyarı da düzün. Soğanı süzüb azca sıxın. Turşu xiyarın üzərinə soğanı da düzün. Mayonez yaxın və üzərinə doğranmış yumurta səpin. Üzərinə mayonez yaxıb qarğıdalı dənəsi və cəfəriylə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir