Qripin Qənimi Sarımsaqlı Şorba

Yields: 1 Serving

Sarımsaq, əsrlərdir ki, həm xörəklərimizi ləzzətləndirmək , həm də şəfa üçün istifadə edilir. Təbii antibiotik olan sarımsaq içindəki antioksidantlar və qida komponentləri sayəsində sağlamlığımıza müxtəlif faydalar verir. Bunların içərisində ürək xəstəlikləri riskini azaltması, ruh sağlamlığını və immunitet sistemini gücləndirməsini saymaq olar. Aparılan araşdırmalar xəstə olmaq riskini azaltdığı qədər, xəstəliyin müddətini də azaltdığını göstərir. Evdar.az sarımsaqlı qrip şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 xörək qaşığı bulğur
  • 2 xörək qaşığ un
  • 1 ədəd soğan
  • 5 diş sarımsaq
  • 1 stəkan toyuq bulyonu
  • zəncəfil
  • zeytun yağı
  • duz, istiot
  • su

Hazırlanma qaydası:

Bir ədəd soğanı və beş diş sarımsağı xırda doğrayın. Doğranmış sarımsaq və soğanı qazanda duru yağda qovurun. İki xörək qaşığı unu əlavə edib qovurmağa davam edin. Un qovrulduqda soyuq su və toyuq suyunu əlavə edin. 2 xörək qaşığı bulquru da əlavə edib qarışdırın. Topaq əmələ gəlməməsi üçün qarışdırın. Üzərinə zəncəfil rəndələyin. Şorba bişdikdən sonra isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.