Xırtıldayan Çörək Çubuqları- Qrissini

xırtıldayan corek cubuqları qrissini
Yields: 1 Serving

Qrissini (çubuq çörəklər) restoranlarda süfrəyə verilən ləziz təamlardan biridir. İtalyan mətbəxinin xırtıldayan çörək çubuqları yeməkdən əvvəl qəlyanaltı kimi verilir. Qrissiniyə pendir (parmesan) , göyərti (kəklikotu, reyhan və s.), zeytun və ya günəşdə qurudulmuş pomidor da daxil olmaqla bir çox müxtəlif inqrediyentlər əlavə edilə bilər. Evdar.az reyhanlı çörək çubuqlarının reseptini təqdim edir.

Qrissini- Xırtıldayan Çörək Çubuqları

Qrissininin tərkibi:

  • 500 qr un
  • 260-280 ml isti su
  • 7 qr quru maya
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • 30 ml zeytun yağı
  • 10 qr qurudulmuş reyhan

Xırtıldayan Çörək Çubuqları- Qrissininin hazırlanma qaydası:

Xəmiri yoğuracağınız qaba isti su, maya, şəkər tozu, reyhan qurusu, duz, un və zeytun yağı əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb yarım saatlıq isti yerdə mayalandırın. Mayalanan xəmirdən 50 qr -lıq kündələr hazırlayın. Kündələri qələm qalınlığında uzun kolbasalar halına salıb iki hissəyə bölün. Bu qaydayla hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Xəmirləri 15 dəqiqə soba sinisində mayalandırın. Üzərinə çırpılmış yumurta yaxıb küncüt səpin və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir