Ramazanda Tox Tutan Qidalar

Yields: 1 Serving

Sahurda yeyilən qidaların həm tox tutma xüsusiyyəti, həm də gün ərzində yaranan mədə problemlərinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Qidalanma mütəxəssislərinə görə, yaxşı bir Ramazan süfrəsinin iftarda da sahurda da məntiqli və məqbul olmalıdır. Bəs sahurda tox tutan qidalar hansılardır? Evdar.az Ramazanda tox tutan qidaların siyahısını təqdim edir.

Zeytun

Zeytun sahurda yeyiləcək qidaların arasında. Həzm sisteminə köməkçi olan zeytun, tox tutması ilə də sahur süfrələrinin ən sevimli qidalarndan biridir. Sahurda bir neçə dənə zeytun yeməyi unutmayın.

Şorba

Yaz tərəvəzləri ilə hazırlanmış mərcimək şorbası toxluq hissini dərhal yaratdığı üçün tövsiyyə edilir.

Yumurta

Yumurta sahur süfrəsinin əvəzolunmaz qidalarındandır. Təbii kənd yumurtası ən başda gedən tox tutan qidalardan biridir. Sahurda yumurta yeməyə mütləq diqqət edin.

Çörək otu

Sağlam yağlar baxımından zəngin olan çörək otu, salat və ya qatıqla birlikdə tox tutma xüsusiyyətini göstərir. Bundan əlavə çörək otu mədə problemləri üçün mükəmməldir.

Çovdar çörəyi

Çovdar çörəyi həm bağırsaq dostu, həm də tox tutması ilə sahurda istifadə edilməli qidalar arasındadır.

Süd

Çay və qəhvə yerinə sahurda süd içmək həm rahat yatmağınıza, həm də sizə lazımlı zülalları təmin edərək, gün boyu tox hiss etmənizə də köməkçi olar.

Qatıq

Qatıq eyni zamanda sizi tox tutaraq acmağınızı qarşısını alacaq. Qatığın içərisinə bir çay qaşığı
darçın əlavə edərək qan şəkərini tarazlaya bilərsiniz. Qatıq həm də yuxu probleminə də yaxşı təsir edir.

Banan

Banan, tox tutan meyvələrdən biridir. Kalium mənbəyi olan banan, sahurda yeməkdən sonra bir porsiya yeyə bilərsiniz.

Pendir

Zülal baxımından qidalandırıcı olan pendir, sahurda sizi tox hiss etdirəcək. Sahurda iki dilim pendir yeyərək aclıq problemini aradan qaldıra bilərsiniz.

Allah Tutduğunuz Orucu Qəbul Etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.