Ramazanın İftar Menyusu 2025 – 8-ci Gün

Yields: 1 Serving

Ramazan ayının 8-ci günü üçün dadlı və azkalorili yeməklər. Evdar.az Ramazan süfrəsinə yaraşacaq iftar menyusunu təqdim edir.

Toyuq Qulyaşı

Dadlı Toyuq Qulyaşın tərkibi:

  • 500 qram toyuq filesi
  • 1 ədəd soğan
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd yerkökü
  • 2 xörək qaşığı tomat pastası
  • 2 çay qaşığı ketçup
  • qızartmaq üçün bitki yağı
  • istiot, kabab üçün ədviyyat
  • 2 stəkan soyuq su

Dadlı Toyuq Qulyaşın hazırlanma qaydası:

Toyuq filesini soyuq suyun altında yuyub orta kub formasında doğrayın. Soğanı da soyub nazik yarım halqa formasında doğrayın. Əvvəlcədən isidilmiş tavaya soğanı töküb aşağı istilikdə bişirin. Yerkökü və bolqar bibərini kiçik uzun zolaqlar formasında doğrayın. Soğanı qovurduqdan təxminən üç dəqiqə sonra üzərinə yerkökünü əlavə edin. Yerkökü və soğan yaxşıca qızardılmalıdır. Daha sonra toyuq filesini də əlavə edib qarışdırın və 5 dəqiqədən sonra doğranmış bolqar bibərini əlavə edin. Kiçik bir qabda tomat pastası, ketçup, duz və istiotu qarışdırın. Toyuq filesinin üzəri qızılı rəngli qabıq olmağa başladıqda ketçuplu qarışığı əlavə edib qarışdırın. Üzərinə iki stəkan soyuq su və ədviyyatları töküb bişirin. Qulyaş qaynamağa başladıqda ocağı azaldın. Tavanın qapağını örtüb 15 dəqiqə bişirin. Qapağı bir neçə dəfə açıb qarışdırın. Dadına baxıb ehtiyyac olarsa duz əlavə edin. Hazır yeməyi süfrəyə kartof püresi və ya makaron ilə verə bilərsiniz.

Şiveydiz Şorbası

Şiveydiz Şorbasının tərkibi:

  • 80 qr ət
  • 100 qr süzmə qatıq
  • 1/2 stəkan bişmiş noxud
  • 1 çay qaşığı un
  • 1/2 və ya 1/3 yumurta
  • 150 qr təzə sarımsaq
  • 120 qr göy soğan
  • duz
  • 1/2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı nanə qurusu

Şiveydiz Şorbasının hazırlanma qaydası:

İlk öncə ətləri doğrayıb bişirin. Bişən ətlərin üstünə doğranmış sarımsaq, soğan və bişmiş noxudu əlavə edib bişməyə qoyun. Bu müddətdə bir kasada qatığın üzərinə un və yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Ətin suyundan qatığa az-az əlavə edib tez-tez qarışdırın ki, çürüməsin. İstilənən qatığı qazana əlavə edib 5-6 dəqiqə qaynadın. Duzunu da əlavə edib qarışdırın. Başqa bir tavada yağı qızdırıb nanə əlavə edin. Nanəli yağı da şorbaya əlavə edib qarışdırın. Bu faydalı və ləziz şorbanı isti halda süfrəyə verin.

Xamalı”Paytaxt” Keksi

 Xamalı “Paytaxt” Keksin tərkibi:

  • 100 qr kərə yağı
  • 170 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 200 ml xama
  • 150 qr üzüm qurusu
  • 300 qr un
  • vanil
  • 2 çay qaşığı qabartma tozu
  • bir çimdik duz

Xamalı “Paytaxt” Keksin hazırlanma qaydası:

Bir qabda yumşaldılmış kərə yağı və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları edib çırpmağa edin. Xamanı da əlavə edib qarışdırın. Üzüm qurusunu yuyub suyunu qurudun. Çırpdığınız kütləyə üzüm qurusu, un, qabartma tozu, duz və vanil əlavə edib spatulayla( və ya taxta qaşıqla) qarışdırın. Uzunsov keks qəlibinə yağlı kağız sərin və xəmiri əlavə edin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən keksi soyudun və süfrəyə verdikdə üzərinə şəkər kirşanı səpin.

“Payız Meşəsi” Salatı

Qonaqlarınızı Sevindirecek Dadlı Payız Mesesi Salatı

“Payız Meşəsi” Salatının tərkibi:

  • 1 ədəd toyuq filesi
  • 300-400 qr şampinyon göbələyi
  • 3 ədəd duzlu xiyar
  • 1 ədəd yerkökü
  • duz, istiot
  • 1 ədəd soğan
  • mayonez
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 3 xörək qaşığı uksus
  • 80 ml su
  • 2 ədəd yumurta
  • çimdik duz
  • 100 qr qarğıdalı dənəsi
  • cəfəri

“Payız Meşəsi” Salatının hazırlanma qaydası:

İlk öncə soğanı yarım halqa formasında doğrayın. Doğranmış soğanı bir qaba qoyub üzərinə uksus və şəkər tozu əlavə edib 10 dəqiqə saxlayın. Bir qabda yumurtanın üzərinə çimdik duz əlavə edib çəngəllə çırpın. Yumurtanın yarısını az yağlı tavada iki tərəfli omlet kimi bişirin. Qalan yumurtanı da bişirib tavadan götürün. 2 ədəd omletləri soyudub nazik formada doğrayın. Toyuq filesini duzlu suda bişirib sonra didin. Göbələyi yarım halqa formasında doğrayıb az yağda qovurun. Yerkökünü də suda bişirib qabığını soyun və sürtgəcin iri gözündən keçirin. Duzlu xiyarı kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba ilk öncə didilmiş toyuq filesini düzün. Üzərinə istiot səpib mayonez yaxın. Soyuyan qovrulmuş göbələyi də üzərinə düzün və istiot səpin. Üzərinə sürtgəcdən keçirilmiş yerkökünü də düzüb mayonez yaxın. Üzərinə kiçik kub formasında doğranmış turşu xiyarı da düzün. Soğanı süzüb azca sıxın. Turşu xiyarın üzərinə soğanı da düzün. Mayonez yaxın və üzərinə doğranmış yumurta səpin. Üzərinə mayonez yaxıb qarğıdalı dənəsi və cəfəriylə bəzəyin.

Ramazanın səkkizinci günü – 8 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:

Günün duası

اللهم ارزقني فيه رحمةَ الأيتام، وإطعامَ الطعام، وإفشاءَ السلام، وصحبةَ الكرام، بطَولِك يا ملجأ الآملين

Tərcümə:
“Allahım! Bu gündə mənə yetimlərə mərhəmət göstərməyi, ac olanları yedizdirməyi, salamı yaymağı və kəramətli insanlarla dost olmağı nəsib et. Ey ümid edənlərin sığınacağı, Öz lütfünlə!”

Allah Tutduğunuz Orucu Qəbul Etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir