Rekord Qıran Səhər Yeməyi

Yields: 1 Serving

Ailəvi səhər yeməyi xoşbəxtliklə əlaqəlidir. Səhər oyandığınız zaman sevdiklərinizlə görüşmək və günə yaxşı başlamaq ancaq şən səhər yeməyi ilə mümkün ola bilər. Hər şeyin başlanğıcı vacibdir. Hətta belə bir deyim var, “necə başlayırsa, elə gedər”. Buna görə səhər yeməyi vacib yeməkdir, günün başlanğıcıdır. Bununla belə, ailəniz və ya sevdiyiniz insanla qarşılıqlı səhər yeməyindən doymaq olmaz.

Səhər yeməyi günə tam başlamaq deməkdir, eyni zamanda güclü enerji verir. Bu səbəbdən rekord qıran səhər yeməyiylə süfrələrinizi rəngləndirə bilərsiniz. Evdar.az rekord qıran səhər yeməyinin reseptini təqdim edir.

Rekord Qıran Səhər Yeməyinin tərkibi:

  • 3 ədəd pomidor
  • 1 ədəd yaşıl bolqar bibəri
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 2 diş sarımsaq
  • 1 stəkan sürtgəcdən keçirilmiş holland pendiri
  • 1 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı paprika
  • 1/2 çay qaşığı istiot
  • duz

Rekord Qıran Səhər Yeməyinin hazırlanma qaydası:

İlk öncə pomidorun qabığını soyub kub formasında doğrayın. Bibərləri və sarımsağı da nazik doğrayın. Kərə yağını tavada əridin. Nazik doğranmış bibərləri tavaya əlavə edib 1-2 dəqiqə qovurun. Sarımsağı da əlavə edib bir az daha qızardın. Kub formasında doğranmış pomidorları əlavə edib tavanın qapağını bağlayaraq pomidorları bişirin. Ədviyyatları və zövqə görə duz əlavə edin. Sürtgəcdən keçirilmiş holland pendirini də üzərinə səpib qapağı yenidən bağlayın və pendir əriyənə qədər bişirin. Ən sonda üzərinə kəklikotu səpib isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir