Restoran Ləzzətində Südlü Göbələk Şorbası

Yields: 1 Serving

Restoranda yediyiniz dadlı göbələk şorbasını ev şəraitində özünüz hazırlayın. Evdar.az restoran ləzzətində südlü göbələk şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr şampinyon göbələyi
  • 1 ədəd soğan
  • 2 ədəd kartof
  • 400 ml süd
  • 2 stəkan (500 ml) su
  • 100 qr kərə yağı
  • duz, sarıkök

Hazırlanma qaydası:

Bir qazanda kərə yağını əridib xırda doğranmış soğanı qovurun. Göbələyi də kub formasında doğrayıb soğanla birlikdə bişirin. Üzərinə duz və kub formasında doğranmış kartofları da əlavə edib qazanın qapağını örtün. Orta ocaqda yumşalanadək bişirin. Daha sonra üzərinə sarıkök tökün və göbələyin suyu çəkilib yağa düşdükdən sonra 2 stəkan isti su əlavə edin. Qaynadıqdan sonra isti südü az-az əlavə edin. Südü əlavə etdikdə dayanmadan qarışdırın. Blenderi qazana salıb qatı olanadək 1-2 dəqiqə qarışdırın. İsti şorbanı kasaya töküb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.