Restoranların Sirr Kimi Saxladığı Arnavut Ciyər Qızartması

Yields: 1 Serving

Fərqli ədviyyatlar ilə ləzzətləndirilmiş Arnavut ciyərini yemək üçün restorana getməyə ehtiyac yoxdur. Dadına doyum olmayan bu yeməyi restoranların sirr kimi saxladığı reseptlə ev şəraitində özünüz hazırlaya bilərsiniz. Evdar.az məşhur Arnavut ciyər qızartmasının reseptini təqdim edir.

Arnavut Ciyər Qızartmasının tərkibi:

  • 1 kq dana ciyəri
  • 1 stəkan süd
  • 1 stəkan un
  • 3 ədəd kartof
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şirin qırmızı bibər tozu
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı zirə (kimyon)

Üzəri üçün:

  • 1 ədəd qırmızı soğan
  • 1-2 budaq cəfəri
  • sumaq, qara Urfa bibəri

Qızartmaq üçün bitki yağı

Arnavut Ciyər Qızartmasının hazırlanma qaydası:

İlk öncə qaraciyərin pərdəsini çıxarın və quşbaşı şəklində doğrayın. Dərin bir qaba doğranmış qaraciyər və südü əlavə edib qarışdırın. Qabın üzərini streç salafanla örtüb 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxardıb süzgəcdə süzün. Kartofun qabığını soyun və soyulmuş kakrtofları kub şəklində doğrayın. Tavada yağı yaxşıca qızdırın. Əvvəlcə qızğın yağda doğranmış kartofu qızardın. Dərin bir qaba un töküb üzərinə süzülmüş ciyəri əlavə edin. Ciyəri yaxşıca qarışdırın ki, hər yeri unla örtülsün. Daha sonra unlanmış ciyəri süzgəcdə artıq ununu tökmək üçün silkələyin. Kartofu qızartdığınız tavaya ciyəri də əlavə edib 4-5 dəqiqə qovurun. Qovrulmuş ciyər və qızardılmış kartofların üzərinə ədviyyatlar əlavə edib yaxşıca qarışdırın. Qırmızı soğanı yarım halqa doğrayın. Cəfərini də doğrayın. Soğan, cəfəri, sumaq və qara Urfa bibəri əlavə edib qarışdırın. Servis edəcəyiniz boşqaba ciyər və kartof qızartmasını yerləşdirib kənar hissələrinə sumaqlı soğan düzüb süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir