Şəfa Anbarı- Yer Alması Şorbası

Şəfa Anbarı- Yer Alması Şorbası1
Yields: 1 Serving

Yer alması xarici görünüşünə görə kartof və kərəvizə bənzəyir, bir az da zəncəfil kimidir. Qida dəyəri baxımından çox zəngin tərəvəz olan yer almasının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də tərkibində nişasta olmamasıdır. Bu o deməkdir ki, yer alması diabetli insanlar üçün çox faydalıdır. Çox yüksək kalium və kalsium dəyərləri olan yer alması A və B vitamini anbarıdır. Evdar.az faydalı yer almasından hazırlanan ləziz şorbanın reseptini təqdim edir.

Yer Alması Şorbasının tərkibi:

  • 1/2 kq yer alması
  • 1 sap pırasa (kəvər soğanı)
  • 2 xörək qaşığı kərə yağı
  • 3 xörək qaşığı qaymaq
  • 2 xörək qaşığı xırda bulqur
  • apardığı qədər sümük iliyi suyu və ya ət bulyonu
  • 2 budaq təzə kəklikotu

Yer Alması Şorbasının hazırlanma qaydası:

Yer almalarının qabıqlarını soyub doğrayın. Pırasanı da təmizləyib doğrayın. Tavaya kərə yağı töküb əridin. Doğranmış yer alması və pırasanı tavaya əlavə edib yüngül qovurun. Üzərinə yarı yarıya su+ ilik sümük suyunu da əlavə edib qarışdırın. 2 budaq təzə kəklikotu da əlavə edib bişirin. Bişdikdən sonra kəklikotu budaqlarını götürüb əl blenderiylə yaxşıca əzin. Üzərinə bulguru əlavə edib bişirməyə davam edin. Bulqur bişdikdə ​​qaymağı əlavə edib ocaqdan götürün. Şorbanın üzərinə köri tozu səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir