Şəkər Xəstəsi Qonağınız Üçün Menyu

Yields: 1 Serving

Qonaqpərvər bir xalq olduğumuz üçün evimizdən yemək dəvətlərimiz əskik olmaz. Sağlamlıq problemləri səbəbiylə, bəzi insanlar yemək mövzusunda seçici olmaq məcburiyyətindədir.

Əgər ev sahibi gələcək olan qonağının bu vəziyyətini bilirsə, etdiyi yeməklərdə ona görə bəzi tənzimləmələr edə bilər. Hər şeydən əvvəl çörək səbətində mütləq bir neçə dilim kəpək, çovdar və ya yulaf çörəyi olmalıdır.Qonağınız yeməklərinizdən doya-doya yesin deyə içərisində un, kartof  və ya kök olmayan bir tərəvəz şorbası, ızgara ya da soyutma ətlər bişirə bilərsiniz. Bol salat və soğanının yağda qovrulmadığı bir zeytun yağlı yemək də uyğundur. Dadlandırıcıyla hazırlanmış bir meyvəli desert yeməkdən sonra qəlyanaltı kimi verilə bilər.

Evdar.az şəkər xəstəsi olan qonağınız üçün tərtib etdiyi menyu siyahısını təqdim edir.

İki qatlı, alt hissəsi yumurtalı, üst hissəsi qiyməli Brizol yeməyi.

Pəhrizdə Olanlar Üçün Dietik Yemək “Brizol”

Hazırlaması çox vaxt aparmayan, lakin dadı də tam fərqli narlı zeytun salatı..

Bu kotlet çox yüngül və ləzzətlidir..

Möhtəşəm bir köz qoxusuyla olduqca ləzzətli və yağsız bir yemək..

İspanaq ilə doldurulmuş göbələklər ləzzətli bir qəlyanaltı kimi görünsə də, faydalı bir yemək olaraq süfrənizdə yerini tuta bilər. Bu dadlı və faydalı yemək cəmi 25 kaloridir.

Dadlı və faydalı şorba resepti..

Hamımızın süfrələrində yer alan kompotları pəhrizdə olanlar üçün bu qaydayla hazırlayın..

Diabet xəstəsi olanlar və çay süfrəsi üçün yüngül bir alternativ axtaranlar üçün olduqca uyğun bir keks..

Pəhrizdə olanlar üçün “Kartoşka” pirojnası..


Bu tort həm faydalı, həm də dadlıdır..

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir