Sənət Əsəri Yaradan Krem

Yields: 1 Serving

Aysinq (Royal İcing) yumurta ağı və şəkər kirşanından hazırlanaraq, tort və peçenyelərin bəzədilməsində istifadə edilir. Aysinq krem kimi istifadə edilmir, ancaq şirniyyatlar üçün dekorasiyalar, fiqurlar, naxışlar, krujevalar hazırlamaq üçün istifadə edilir. Pozulmadan sabit qalan aysinq bu xüsusiyyətinə görə peçenyelərin və ya tortların üzərində yazı yazmaq və ya şəkil çəkmək üçün rahatlıqla istifadə edilə bilər. İstəyə görə ağ və ya qida boyaları istifadə edərək rəngləndirib asanlıqla bəzəyə bilərsiniz. Evdar.az sənət əsəri yaradan kremin reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd yumurta ağı
  • 250 qr şəkər kirşanı
  • ½ çay qaşığı limon suyu

Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurta ağını çəngəllə çırpın. Üzərinə ələnmiş şəkər kirşanı əlavə edib yüngül çırpın. Limon suyunu da töküb yaxşıca qarışdırın. Aysinq hazırdır.

QEYD:

  • Aysinqi istifadə edəcəyiniz qədər hazırlayın, saxladıqda qatılığı dəyişir.
  • Aysinq nə çox duru, nə də çox qatı olmamalıdır. Duru olduqda formasını itirib yayıla bilər, qatı olduqda konditer torbasından basıb çıxartmaq çətin olur.
  • Aysinqdən hazırlanmış fiqurları soyuducuda saxlamaq olmaz.
  • Aysinq su ilə təmas etdiyi anda əriyir və qətiyyən iz qoymur.
  • İncə uclu konditer torbasının köməyi ilə istədiyiniz kimi bəzəyə bilərsiniz.

Hazırladığınız aysinqi öz təbii ağ rəngində saxlaya bilərsiniz və ya qida boyası əlavə edib rəngləndirə bilərsiniz.

Aysinqin konsistensiyasının olub olmadığını yoxlamaq üçün kütlədən bir qaşıq götürüb geri tökün. Kasaya düşdükdən sonra qarışığın üstündə təxminən 5 saniyə dayanmalıdır. Axıcı olarsa yavaş-yavaş şəkər kirşanı əlavə edərək konsistensiyasını tənzimləyə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.