Sərinləşdirici Portağallı Buzlu Qəhvə

Yields: 1 Serving

Qəhvə sevənlər üçün isti yay günlərində sərinləşdirici içki. Portağal ətirli və dadlı buzlu qəhvə hazırlamağı təklif edirik. Evdar.az portağal şirəsi ilə buzlu qəhvə reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd portağal şirəsi
  • 2 ədəd rəndələnmiş portağal qabığı
  • 1 stəkan su
  • 1 stəkan şəkər tozu
  • 4 stəkan soyuq qəhvə

Hazırlanma qaydası:

İlk öncə 2 ədəd portağalın qabığını rəndədən keçirin. Rəndələnmiş portağalı dilimləyin. Bir qazanda portağal dilimləri və portağal qabığı rəndəsinin üzərinə su və şəkər tozu əlavə edib 5 dəqiqə qaynadın. Portağalın dilimlərini və qabığı süzüb şirəni soyudun. Daha sonra 2 ədəd portağalın sıxılmış şirəsini qəhvə ilə qarışdırın. Üzərinə alınan şirəni tökün. Qəhvəli portağal şirəsini bokala töküb üzərinə xırdalanmış buz əlavə edin. Portağal dilimləri ilə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir