Şəfa Deposu Albalı Sirkəsi

Yields: 1 Serving

Salatlarda, yeməklərdə, pəhriz yeməklərində, hətta təmizlikdə belə istifadə edə biləcəyiniz sirkəni özünüz ev şəraitində hazırlaya bilərsiniz. Sirkənin hazırlanmasında ən vacib proses olan fermentasiya, probiotiklərin yaşamasını və çoxalmasını təmin edir. Fermentasiya aylarla davam edən bir prosesdir. Bu səbəbdən də marketlərdən aldığınız sirkələr bu prosesi tamamlamamış ola bilər.

Sirkə fermantasiya müddətinin sonunda mayalanmış meyvə, tərəvəz və s. bədənimiz üçün ən faydalı maddələrdən birinə çevrilir. Probiotiklərin yaşamasını və çoxalmasını təmin edən fermente məhsullar bağırsaqlar üçün də olduqca faydalıdır. Ev şəraitində baldan albalıya qədər bir çox məhsulla sirkə hazırlaya bilərsiniz. Evdar.az ləzzətli, təbii və faydalı albalı sirkəsinin reseptini təqdim edir.

Tərkibi:

  • 1,5 kq albalı
  • 1 stəkanı üzüm və ya albalı sirkəsi
  • 2 xörək qaşığı qaya duzu
  • 6 litr su

Hazırlanma qaydası:

Albalı sirkəsi üçün yumşaq və dəymiş albalıları seçin. Böyük bir qabın içərisinə albalıları yaxşıca əzərək tökün. Tumlarıyla ilə birgə qoya bilərsiniz. Albalılar tamamilə əzildikdən sonra üzərinə suyu, qaya duzunu və sirkəni əlavə edin. Üzüm sirkəsi və ya alma sirkəsini mayalamaq üçün istifadə edə bilərsiniz. Üzərinə duzu və suyu da tökdükdən sonra bir az qarışdırın. Qabın üzərinə əvvəl təmiz bir bezlə, ardından qabın qapağı ilə möhkəmcə bağlayın. Sirkənin olması üçün ən az 20 gün sərin bir yerdə saxlanmalıdır. 20 gün sonra sirkəniz hazır olacaq. Bir qaşıq köməyiylə üstdə yığılan hissəsindən götürərək istifadə etməyə başlaya bilərsiniz. Daha sonra süzüb şüşə qablarda saxlaya bilərsiniz.

Qeyd: Albalı sirkəsi üçün istifadə edəcəyiniz meyvənin ən təbiisini tapmağa çalışın. Bu şəkildə sirkənizin təbiiliyi və keyfiyyəti artacaq. Çürük meyvələr isə sirkənizin dadını pozacaq. Sirkənizi mütləq şüşə qablarda hazırlayın, plastik qabdan eyni nəticəni almaya bilərsiniz. Sirkənizi hazırladıqdan sonra sərin və qaranlıq yerdə saxlayın.

Albalı sirkəsinin faydaları və istifadə qaydası haqqında bu məqalədən oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.