Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçik

Yields: 1 Serving

Səhər yeməyi süfrəsi üçün 4 məhsulla ləziz qəlyanaltı hazırlaya bilərsiniz. Evdar.az içliklə doldurulmuş yumurtalı blinçik reseptini təqdim edir.

Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçikin tərkibi:

  • 170 qr toyuq filesi
  • 50 qr holland pendiri
  • 50 qr süzmə qatıq
  • 3 ədəd yumurta
  • duz, istiot

Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçikin hazırlanma qaydası:

Toyuq filesini az duzlu suda 25-30 dəqiqə bişirin. Bişirib soyutduğunuz fileni didin. Pendiri sürtgəcdən keçirib toyuq filesinin üzərinə əlavə edin. Zövqə görə duz, istiot və süzmə qatıq əlavə edib qarışdırın. Yumurtalı blinçiki hazırlamaq üçün kasada bir ədəd yumurtanı çəngəllə çırpın. Yağlanmış tavada yumurtanı yalnız bir tərəfdən bişirin. Qalan 2 ədəd yumurtanı da bu qaydayla bişirin. Bişən yumurtalı blinçikə hazırladığınız içliyi büküb süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir