Sərin Yay Şorbası-Çiy Dovğa və ya Qatıq Aşı

Yields: 1 Serving

İsti yay günlərində saatlarla ocaq başında bulayaraq bişirdiyiniz dovğanı bir də bu qaydayla bişirin. Həm asan hazırlanan bu dovğanı qarışdırmağa ehtiyac olmur. Evdar.az dadlı və faydalı sərin çiy dovğa və ya qatıq aşının reseptini təqdim edir.

Tərkibi:

  • 3 litr qatıq
  • 1 stəkan yumru düyü
  • 3 dəstə pərpətöyün
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 1 dəstə göy soğan
  • 1 dəstə nanə
  • 3 diş sarımsaq
  • 3 lirt su
  • zövqə görə duz

Hazırlanma qaydası:

İlk öncə 3 litr suyu qazanda qaynadın. Qaynayan suya yuyulmuş düyü töküb zəif odda bişirin. Yuyulmuş göyərtiləri xırda doğrayın. Bişən düyünün üzərinə xırda doğranmış göyərtini də əlavə edib qarışdırın. Qazanın qapağını örtüb təxminən 1 saat kənarda gözlədin. 3 litr qatığı dərin bir qaba töküb tel çırpıcıyla yaxşıca qarışdırın. Kənarda gözlətdiyiniz düyü və göyərti qarışığının üzərinə yaxşıca açılmış qatığı əlavə edib qarışdırın. Üzərinə duz və rəndələnmiş sarımsaq əlavə edib qarışdırın. Qatıq aşını soyuducuya yerləşdirin. Sərin qatıq aşını kasalara və ya stəkanlara bölüşdürüb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.