Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortu

Yields: 1 Serving

Çay süfrəsinə dadlı bir tort bişirmək üçün sobanın yanında uzun müddət dayanmaq istəmirsiniz? Onda bu resepti mütləq sınayın. Çay ziyafətini layiqincə bəzəyəcək, hər yaş şirniyyat sevənləri sevindirəcək bu tortun hazırlanması çox vaxt və səy tələb etmir. Korj əvəzinə adi hazır mağaza vafliləri köməyinizə çatacaq. Evdar.az 3 məhsulla hazırlanan moruqlu vafli tortunun reseptini təqdim edir.

Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortunun tərkibi:

  • 300 qr vafli
  • 400 qr 20 % yağlılığı xama
  • 300 qr moruq
  • 100 qr xırdalanmış qoz ləpəsi

Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortunun hazırlanma qaydası:

Düzbucaq formalı tort qabına (20 x 10 ) yağlı kağız sərin və alt hissəsinə vafli düzün. Vaflilərin üzərinə qatı xama töküb yayın.  Şəkər tozu və şəkər kirşanı qəti səpməyin, əks halda desertin dadı qarışacaq. Xamanın üzərindən xırdalanmış qoz ləpəsi səpin. Növbəti təbəqədə moruqları yayın. Və yenidən bir qat xama yaxın. Ən son qat vafliləri sıx-sıx düzün. Yanlara tökülərək yenidən xama çəkin. Şirniyyatı 20-30 dəqiqəlik soyuducunun  dondurucu rəfinə yerləşdirin. Bir az dondurulmuş tortu qəlibdən çıxarın, bir qaba qoyun. Kənarlarını da xama yaxıb vafli qırıntıları ilə bəzəyin. Vafli qırıntıqlarını hazırlamaq üçün vaflini sürtgəcdən keçirmək lazımdır. Tortu 2 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərini moruqla da bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.