Çəkisinə nəzarət edənlər, sağlam qidalananlar evdə olan məhsullarla 5 dəqiqəyə çox asan və ləziz keks hazırlaya bilər. Bu keksin tərkibində un yox, yağ yox, şəkər yox. Evdar.az sadəcə 4 məhsulla hazırlanan ləziz almalı keksin reseptini təqdim edir.
Sadəcə 4 Məhsulla Hazırlanan Keks
Unsuz Almalı Keksin tərkibi:
- 4 ədəd orta boy alma
- 4 ədəd yumurta
- 4 xörək qaşığı kakao
- 1 çay qaşığı qabartma tozu
- almalarınız şirin deyilsə bir az dadlandırıcı istifadə edə bilərsiniz (ancaq turş alma istifadə etməyin!)
- zövqə görə vanil ekstraktı
Unsuz Almalı Keksin hazırlanma qaydası:
Almaların qabığını soyub orta hissəsini kəsib ayırın. Təmizlənmiş almaları orta ölçüdə kub formasında doğrayın. Mətbəx robotuna doğranmış alma dilimləri, yumurta, kakao, qabartma tozu və vanil ekstraktı əlavə edib yaxşıca qarışdırın. Keks xəmiri konsistensiyasında olan kütləni yağlı kağız sərilmiş dördbucaqlı keks qəlibinə töküb hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Keksin bişməyini təmiz diş çubuğu ilə və ya çöp şişlə yoxlayın. Çöp təmiz çıxmamalıdır, ancaq çox nəm də olmamalıdır. Bundan asılı olaraq bir az daha bişirə bilərsiniz. Sobadan götürüb ilk öncə otaq temperaturunda soyudun. Daha sonra soyuducuda dincəldin. Bişirdikdən sonra isti halda dilimləməyin! Bu keks soyuq halda daha dadlıdır.
Almalı keksin 1 dilimində 7,1 qr protein, 9,8 qr karbohidrat, 4,3 yağ var və 110 kaloridir.
Nuş Olsun!
Ən dadlı keks reseptləri-Ən Dadlı Kulinariya Saytında!
