Sağlam Qidalanmaq İstəyənlər Üçün Bənövşəyi Çörək

Yields: 1 Serving

Son zamanların ən məşhur qidalarından biri olan “bənövşəyi çörək” resepti və görünüşü ilə görənləri təəccübləndirir. Həm faydalı , həm də ləzzətli olan bənövşəyi çörək evdə asanlıqla hazırlaya biləcəyiniz bir ləzzətdir. Tərkibində antosiyanin maddə sayəsində əhəmiyyətli bir antioksidant olan bu çörək sağlam qidalanmaq istəyənlərin olmazsa olmazlarındandır. Evdar.az faydalı bənövşəyi çörəyin reseptini təqdim edir.

Tərkibi:

Ön maya üçün:

  • 30 qr maya
  • 30 qr un
  • 30 qr su

Bənövşəyi kök suyu üçün:

  • 2 ədəd bənövşəyi yerkökü
  • 1 stəkan su

Xəmir üçün:

  • 90 qr maya
  • 200 qr ağ un
  • 50 qr sarı bərk buğda unu (makaron unu)
  • 115 qr tam buğda unu
  • 280 qr kök suyu
  • 7 qr duz

Hazırlanma qaydası:

Çörəyinizi hazırlamadan bir gecə əvvəl 30 qr maya, 30 qram un və 30 qram su ilə ön mayanı qarışdırıb otaq istiliyində gözlədərək mayalandırın. Ertəsi gün bənövşəyi kökləri rəndələyin və üzərinə suyu əlavə edib qaynadın. Köklərin rəngi suya yaxşıca keçdiyində qarışığı süzün və suyu soyuması üçün kənara qoyun. Kök suyu soyuduqda un, duz, maya və maya qarışığıyla birləşdirib elastik, yapışmayan bir xəmir əldə edənə qədər yoğurun. Üzərini yaş bir mətbəx dəsmalıyla örtüb 2 saat müddətində mayalanmağa buraxın. Bu iki saat müddətində hər yarım saatdan bir xəmiri dörd dəfə zərf kimi qatlayın. Ən sonda yenidən unlayıb qatladığınız xəmiri varsa mayalanma səbətinə yerləşdirin, yoxdursa unladığınız bir mətbəx dəsmalına bükərək bir kasaya qoyub soyuducuya yerləşdirin. Bir gün də soyuducuda soyuqda mayalandırdığınız xəmiri ertəsi gün tökmə qazana və ya yağlı kağız sərilmiş dərin siniyə yerləşdirin. Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə qədər bişirin. Bişən çörəyi çıxarıb dəmir telin üzərinə qoyub soyudun. Bənövşəyi çörəyi dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.