Şam Yeməyinə Ləziz İspanaqlı Göbələk Yeməyi

Yields: 1 Serving

Şam yeməyinə çox ləzzətli ,ispanaqlı göbələk yeməyini hazırlaya bilərsiniz. Evdar.az dadlı göbələkli yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 1 xörək qaşığı zeytun yağı və ya rafinə olunmamlş kokos yağı
  • 200-250 qr ispanaq
  • 1 çay qaşığı dijon xardalı
  • 1 stəkan yağlı kokos südü
  • 1 xörək qaşığı qlütensiz un
  • 1 ədəd soğan
  • 3 diş sarımsaq
  • 800 qr şampinyon göbələyi
  • 2 çay qaşığı təzə limon suyu
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Bir qabda kokos südü, dijon xardalı, un və çimdik duzu tel çırpıcıyla yaxşıca qarışdırın. Böyük qazanı zəif ocağa qoyub yağı qızdırın. Soğanı kub formasında doğrayıb yağda qovurun. Üzərinə xırda doğranmış sarımsağı da əlavə edib bir neçə dəqiqə qovurun. Şampinyon göbələyini doğrayıb qovrulan soğan və sarımsağa əlavə edib 4-5 dəqiqə arabir qarışdıraraq bişirin. Duz, istiot, təzə sıxılmış limon suyu da əlavə edib qarışdırın. Ocağı zəiflədin və qazana kokos südlü, unlu qarışığı əlavə edib 4-5 dəqiqə zəif odda bişirin. Təzə doğranmış ispanaqları da əlavə edib 1-2 dəqiqə bişirib ocağı söndürün.

Nuş Olsun!⠀

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir