Şam Yeməyi Üçün Yüngül və Vitaminli Salat

Yields: 1 Serving

Qarğıdalı və yaşıl noxudlu doyurucu, yüngül salat bayram süfrəsi və ya sadə şam yeməyi üçün uyğundur. Bu ləziz salat həmçinin çox faydalıdır. Salatda olan yaşıl noxud ürək və qan damarlarına müsbət təsir göstərə bilən zəngin vitamin və mineral ehtiyatına malikdir. 100 qram yaşıl noxud təxminən 300 kalori ehtiva edir, buna görə də bu qədər doyurucudur. Bütün bu göstəricilərdən qarğıdalı heç də geri qalmır. Tərkibində çoxlu miqdarda B9, E, həmçinin PP, B1, B2, B5, C vitaminləri var. Evdar.az dadlı və faydalı salatın reseptini təqdim edir.

Yüngül və Vitaminli Salatın tərkibi:

  • 100 qr konservləşdirilmiş qarğıdalı
  • 100 qr konservləşdirilmiş yaşıl noxud
  • 2 ədəd yumurta
  • 1 ədəd xiyar
  • 1,5 xörək qaşığı mayonez
  • 2 budaq yaşıl soğan
  • zövqə görə duz

Yüngül və Vitaminli Salatın hazırlanma qaydası:

İlk öncə yumurtaları suda bişirib soyudun. Soyuyan yumurtanın qabığını soyub kiçik kub formasında doğrayın. Təzə xiyarın qabığı kobud və acı deyilsə soymağa ehtiyac yoxdur.  Xiyarları kiçik kub formasında doğrayın. Salatı hazırlayacağınız qaba suyu süzülmüş konservləşdirilmiş qarğıdalı, yaşıl noxud, doğranmış yumurta, xiyar, duz və mayonez əlavə edib qarışdırın. Yaşıl soğanı da yuyub suyunu süzün və xırda doğrayıb salata əlavə edin. Hazır salat qəlyanaltı kimi ət və balıq yeməklərinin yanına qarnir olaraq verilə bilər.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir