Şəkər Qlazurlu, Nanə Təravətli Peçenye

Seker Qlazurlu Nane Teravetli Pecenye
Yields: 1 Serving

Təravətləndirici nanə dadı ilə hazırlanmış ləziz peçenyelər hər kəsin sevimlisi olacaq. Evdar.az şəkər qlazurlu nanəli peçenyenin reseptini təqdim edir.

Şəkər Qlazurlu, Nanə Təravətli Peçenyenin tərkibi:

  • 380 qr un
  • 150 qr şəkər tozu
  • çimdik duz
  • 150 ml süd
  • 1,5 çay qaşığı qabartma tozu
  • 1 paket nanəli vanil
  • 1 ədəd yumurta
  • 30 ml bitki yağı

Qlazur üçün:

  • 100 qr şəkər kirşanı
  • 1 ədəd yumurta ağı
  • 1/2 çay qaşığı nanəli vanil

Şəkər Qlazurlu, Nanə Təravətli Peçenyenin hazırlanma qaydası:

Bir qabda 100 qr unun üzərinə 150 qr şəkər tozu və çimdik duz əlavə edib qarışdırın. 150 ml südü isidib unlu qarışığın üzərinə əlavə edib dayanmadan qarışdırın. İlınması üçün kənara qoyun. İlınmış bişmiş xəmirin üzərinə 1 ədəd yumurta və 30 ml yağı əlavə edib yaxşıca qarışdırın.

Qalan 280 qr unun üzərinə 1,5 çay qaşığı qabartma tozu və nanəli vanili əlavə edib qarışdırın. İki xəmiri də birləşdirib yumşaq, yüngül ələ yapışan xəmir yoğurun. Xəmirin üzərini mətbəx dəsmalıyla örtüb 1 saatlıq otaq temperaturunda saxlayın.

Xəmiri unlanmış dəzgahın üzərində 1,5 sm qalınlığında yayın. Dairəvi formayla və ya stəkanın ağız hissəsiylə dairələr kəsin. Kəsilmiş xəmirləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bu qaydayla xəmirləri kəsib bişirin (bu xəmirdən 20-22 ədəd peçenye çıxacaq).

Qlazuru hazırlamaq üçün 100 qr şəkər kirşanını 1 ədəd yumurta ağı və 1/2 çay qaşığı vanillə mikserlə 1 dəqiqə yaxşıca çırpın. Sobadan çıxartdığınız isti peçenyeləri bir-bir qlazura yaxşıca bulayıb yağlı kağızın üzərinə yerləşdirin. Tamamilə quruması üçün kənarda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir