Şirəli Sarımsaqlı, Limonlu Toyuq

Yields: 1 Serving

Bu resepti sınayanlar artıq toyuğu bu qaydayla bişirəcək. Evdar.az şirəli sarımsaqlı, limonlu toyuq qızartmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1500 qr toyuq
  • 1 ədəd limon
  • 100 qr kərə yağı
  • 3 böyük diş sarımsaq
  • duz, istiot, pul bibər

Hazırlanma qaydası:

Otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə sarımsaqəzəndən keçirilmiş sarımsaq və istiot töküb qarışdırın. Yarım limonun qabığını da rəndələyib yağa əlavə edin.

Toyuq ətini yuyun və süzün. Döş və ayaqların ətrafındakı dərini ətdən ayırın. Yağı döş hissəsinə və ayaqlara bərabər şəkildə yayın. Toyuğun çöl və iç hissəsini duzlayıb, qırmızı bibər səpin. Ayaqlarını bağlayın, qanadları gizləyin, toyuğun içərisinə limon yerləşdirin. Əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada təxminən bir saat bişirin. Daha sonra 200 dərəcəyə qaldırıb 10 dəqiqə qızardın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.