Sobada Ətirli və Ləziz Bildirçin Qızartması

Yields: 1 Serving

Məlumdur ki, bir çox insanlar müxtəlif yeməkləri sevirlər. Bu fərqli yeməklərdən biri də bildirçin ətindən hazırlanan yeməklərdir. Bıldırcın əti təkcə çox dadlı deyil, həm də son dərəcə faydalıdır. Ona görə də mütləq bildirçin əti istehlak etməlisiniz. Evdar.az sobada ətirli və ləziz bildirçin qızatmasının reseptini təqdim edir.

Sobada Ətirli və Ləziz Bildirçin Qızartmasının tərkibi:

  • 6 ədəd bildirçin
  • 1,5 xörək qaşığı duz
  • 2 ədəd naringi
  • 8 budaq təzə tərxun
  • 1 xörək qaşığı cirə (kimyon)
  • 1 xörək qaşığı istiot
  • 1 xörək qaşığı bal
  • 50 ml zeytun yağı

Sobada Ətirli və Ləziz Bildirçin Qızartmasının hazırlanma qaydası:

İlk öncə mətbəx qayçısından istifadə edərək təmizlənmiş bildirçinlərin qabırğalarını kəsin. Quşların hər iki tərəfini duzlayıb bir gecə soyuducuda saxlayın.

Marinadı hazırlamaq üçün naringilərin qabıqlarını sürtgəcdən keçirin, şirəsini sıxın. Tərxunu gövdəsindən ayırın. Bir qabda naringi qabığı və şirəsi ,tərxun, cirə (kimyon), istiot , bal və zeytun yağı əlavə edib qarışdırın. Bildirçinləri soyuducudan çıxarıb marinadlayın. Dərisi üst hissəyə doğru gələcək şəkildə soba sinisinə yerləşdirin. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. 10 dəqiqədən bir bildirçinlərə qalan marinadı yaxıb yaxşıca qızarana qədər bişirin. Qızaran bildirçinləri süfrəyə süzülmüş düyüylə birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir