Xəmiri üçün:
- 200 m süd
- 500 qr un
- 10 qr quru maya
- 75 qr şəkər tozu
- 1 ədəd bütöv yumurta +1 ədəd yumurta ağı
- 40 qr kərə yağı
- 1 çay qaşığı vanil
- 30 ml duru yağ
- yarım çay qaşığı duz
Albalılı içlik üçün:
- 300 qr albalı
- 120-150 qr şəkər tozu
- 25-30 qr nişasta
Üzəri üçün:
- 1 ədəd yumurta sarısı
Sobada Albalılı (Vişnəli) Pirojkinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda ilıq süd, maya və şəkər tozunu qarışdırın. Üzərinə 1 ədəd yumurta və 1 ədəd yumurta ağı (sarısını üzəri üçün ayırın) əlavə edib tel çırpıcıyla çırpın. Əridilmiş kərə yağı və maye yağı da əlavə edib qarışdırın. Vanil, duz və unu da əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri streç salafana büküb isti yerdə mayalandırın.
İçliyi hazırlamaq üçün tumu çıxarılmış albalıların (konservləşdirilmiş və ya dondurulmuş da ola bilər) üzərinə şəkər tozu əlavə edib orta odda qarışdıraraq bişirin. Qaynamağa başladıqda nişastanı əlavə edib qatılaşana qədər bişirin. Bişirdiyiniz içliyi ocaqdan götürüb soyudun.
Mayalanan xəmiri kündələrə bölün. Hər kündəni əllə və ya oxlovla yüngül açın. Kündənin orta hissəsinə içlikdən qoyub pirojki kimi bükün. Bu qaydayla kündələri albalılı içliklə doldurub soba sinisinə aralıqlarla düzün. Pirojkilərin üzərini mətbəx dəsmalıyla örtüb 5-10 dəqiqə mayalandırın. Mayalanan pirojkilərin üzərinə kənara ayırdığınız yumurta sarısı çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Nuş Olsun!
