Sobada Bişməyən İnanılmaz Ləzzətli “Banoffee Pie”

Yields: 1 Serving

Qaymaq, banan və karamelli sousdan hazırlanan inanılmaz ləzzətli piroq. “Banoffi” (Banoffee pie) ingilis mətbəxinin desertidir. Evdar.az qəhvə və çayın yanında süfrəyə verə biləcəyiniz dadlı piroqun reseptini təqdim edir.

Tərkibi:

Alt qat üçün:

  • 120 qr peçenye
  • 50 qr duzlu çubuq kreker
  • 100 qr kərə yağı

Karamel üçün:

  • 200 qr ağ və ya qəhvəyi şəkər tozu
  • 50 qr su
  • 80 qr kərə yağı
  • 120 qr 33% -lik qaymaq

Ara qatı üçün:

  • 2 ədəd banan

Kremi üçün:

  • 100 qr maskarpone pendiri
  • 100 qr qaymaq (33%-lik)

Hazırlanma qaydası:

Alt qatı hazırlamaq üçün ilk öncə peçenyeni blenderdə xırdalayın. Çubuq kreykeri də blenderdlə xırdalayın. Kərə yağını mikrodalğalı sobada yumşaldın. Bir qaba peçenye, kreyker və yumşaldılmış kərə yağını töküb qarışdırın. Diametri 16-18 sm olan kənarları açılan formanın altına qarışığı töküb əlinizlə (kənarlarına çıxacaq qədər) yayın. Stəkanın alt hissəsiylə möhkəm basaraq hamarlayın. Dincəlməsi üçün formanı soyuducuya yerləşdirin.

Karamelli sousu hazırlamaq üçün şəkər tozu (ağ və ya qəhvəyi) və suyu bir qazanda karamelize olanadək qaynadın. Ocaqdan götürüb üzərinə soyuq kərə yağı əlavə edin. Çox az qızdırlmış qaymağı (120 qr 33% lik qaymaq) da əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Soyuducudan formanı götürün. Peçenyeli alt qatın üzərinə karamelli sousu tökün. Bananları dilimləyib üzərinə yerləşdirin.

Kremi hazırlamaq üçün qaymağı mikserlə çırpın. Üzərinə maskarpone pendirini əlavə edib krem olanadək çırpın. Desertin üzərinə çalınmış qaymaqlı krem yaxıb yarım saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.