Sobada Dadlı Balqabaqlı Toyuq Yeməyi

Yields: 1 Serving

Sobada bişən toyuq və balqabağın necə dadlı olduğunu bilirsinizmi? Evdar.az dadlı balqabaqlı toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq toyuq əti (budu və ya bud dibi)
  • 800 qr balqabaq
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı xardal
  • 50 qr kərə yağı
  • 2 xörək qaşığı bitki yağı
  • zövqə görə göyərti, duz, istiot

Hazırlanma qaydası:

Toyuq budlarını mətbəx kağızıyla qurulayın. Duz, istiot və xardal vurub 30 dəqiqəlik otaq temperaturunda marinə edin. Balqabağın qalın qabığını soyun və kub formasında doğrayın. Yağlı kağız və ya folqa kağızı sərilmiş soba sinisinə doğranmış balqabaqları bir qat düzün. Üzərinə duz, istiot və əridilmiş kərə yağı (20-30 qr) tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Tavada bitki yağını və kərə yağını qızdırın. Marinə edilmiş toyuq budlarını tavada yaxşıca qızardın. Bişmiş toyuq budlarını bişmiş balqabaqların üzərinə düzün və doğranmış sarımsaq əlavə edin. Yenidən 25-30 dəqiqəlik sobaya yerləşdirin. Süfrəyə verdikdə zövqə görə üstünə doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.