Sobada Gül Formalı Kələm Dolması

Yields: 1 Serving

Bildiyiniz kələm dolmalarını unudun! Həm dad, həm də görünüş baxımından süfrələrinizə fərqli baxış gətirəcək bu reseptlə barmaqlarınızı  yeyəcəksiniz! Evdar.az yemək seçən uşaqların sevimlisi olacaq sobada gül formalı kələm dolmasının reseptini təqdim edir.

Sobada Gül Formalı Kələm Dolmasının tərkibi:

  • 1 ədəd böyük kələm
  • 700 qr mal əti
  • 200 qr soğan
  • 180 qr yumru düyü
  • 90 qr tomat pastası
  • 13 qr xmeli-suneli, keşniş toxumu, paprika
  • duz, bitki yağı

Sobada Gül Formalı Kələm Dolmasının hazırlanma qaydası:

Kələmi qaynar suda 5-10 dəqiqə yumşalması üçün bişirin. Düyünü yuyub başqa bir qazanda suda bişirin. Yüngül bişən düyünü ocaqdan götürün və qazanın qapağını örtüb soyuması üçün kənara qoyun. Qapağın altında bir az daha yumşalacaq. Əti ətçəkən maşından keçirin. Soğanı xırda doğrayıb yağda yüngül qovurun. Bir qabda çəkilmiş ət, qovrulmuş soğan, bişmiş düyü və ədviyyatları əlavə edib qarışdırın.  Bişmiş kələm yarpağını yarıya bölüb, qalın sapını kəsib atın. Kələmin uzun hissəsinə qiymədən yayıb rulet kimi bükün. Daha sonra spiral formasında büküb soba sinisinə və ya qazana yerləşdirin. Bu qaydayla kələm yarpaqlarını qiyməylə doldurub bükün. Tomat pastasını 350-400 ml suyla açın. Üzərinə 40 ml duru yağ və duz töküb qarışdırın. Hazırladığınız tomatlı sousu kələm dolmalarının üzərinə töküb əvvəlcədən qızdırılmış sobada və ya ocaqda bişirin. Gül formalı kələm dolmasını süfrəyə qatıqla və ya xamayla verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir