Sobada Manqal Dadında Ciyər Kababı

Yields: 1 Serving

İnsan orqanizmi üçün əhəmiyyətli yeri olan qara ciyərdə ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələr var. Ətdən üstün olan qara ciyəri sevməyənlər sobada manqal dadında kabab kimi bişirə bilər. Evdar.az sobada manqal dadında ciyər kababının reseptini təqdim edir.

Sobada Manqal Dadında Ciyər Kababının tərkibi:

  • 500 qr ciyər
  • 1 stəkan süd
  • duz, istiot
  • soğan
  • keşniş, şüyüd
  • 1 xörək qaşığı sirkə

Sobada Manqal Dadında Ciyər Kababının hazırlanma qaydası:

İlk öncə qara ciyərin üzərindəki pərdəni təmizləyib doğrayın. Yuyub suyunu süzün. Bir qaba süd töküb üzərinə doğranmış ciyər tikələrini əlavə edib. 30 dəqiqəlik kənarda saxlayın. Süddə saxlamaq həm qoxusunun qarşısını alacaq, həm də daha yumşaq və ləzzətli edəcək. Yarım saat sonra südü süzüb ciyərləri çöp şişlərə keçirin.Üzərinə duz, istiot səpib soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Üzəri üçün soğanı yarım halqa doğrayın. Keşniş və şüyüdü də xırda doğrayıb soğanın üzərinə əlavə edin. Soğanla göyərtini əlinizlə yüngül əzərək ovuşdurun. Üzərinə sirkəni də əlavə edib kənarda saxlayın. Bişən ciyər kababının üzərinə sirkəli soğanı səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir