Sobada Vitaminli Balıq Yeməyi

Yields: 1 Serving

Forel balığı beyin fəaliyyətinin artmasına, sinirlərin və arteriyaların möhkəmlənməsinə səbəb olur. B6 vitamini çatışmazlığında forel əti yemək çox faydalıdır. Forel əti yemək xərçəng xəstəliyinin əmələ gəlmə riskini aradan qaldırır, maddələr mübadiləsini yaxşılaşdırır. Forel balığının tərkibi B1, B2, B6, B12, A, E, D, PP, D vitaminləri, maqnezium, fosfor, fol turşusu ilə çox zəngindir. Bu qədər faydalı balıqdan ləzzətli yemək hazırlaya bilərsiniz. Evdar.az sobada forel balığının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd (təxminən 3-4 kq-lıq) forel balığı
  • 100 qr soğan
  • 250-200 qr pomidor
  • 1 ədəd orta ölçüdə limon
  • yarım dəstə cəfəri
  • 3 xörək qaşığı zeytun yağı
  • zövqə görə duz, istiot
  • 1 çay qaşığı balıq üçün ədviyyat

Hazırlanma qaydası:

Balığın pulcuqlarını təmizləyin, içinin çıxarıb axan suyun altında yaxşıca yuyub kağız dəsmal ilə qurudun. Soba sinisinə parlaq tərəfi yuxarı olmaq şəritlə folqa kağızı sərin. Folqanı bitki yağı ilə yağlayın. Soğanı təxminən 1 santimetr enində halqalara kəsin və folqanın üzərinə qoyun. Balığı soğanın üzərinə yerləşdirin. Bu, balığın folqa kağızına yapışmasının qarşısını almaq üçün lazımdır. Balığın üzərinə zeytun yağı səpin və balığın içini və çöl hissəsini fırça ilə yağlayın. Balığın üstünü və içini duz, istiot və balıq üçün ədviyyat səpib yaxşıca bulayın. Balığı bir neçə dəqiqəlik marinad olması üçün kənarda saxlayın. Pomidor və limonu halqalar formasında doğrayın. Balığın içərisinə cəfəri budaqlarını, pomidor və limon dilimlərini yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişirin. Balıq yanmağa başlayırsa, parlaq tərəfi yuxarı olan folqa ilə örtün. Bişən balığı bütöv halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.