Sobada Xama Souslu Kələm Dolması

Yields: 1 Serving

Nahar və ya şam yeməyi üçün sobada xamalı sousda bişən ləzzətli kələm dolması. Evdar.az sobada kələm dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd orta ölçülü kələm
  • 500 qr qiymə
  • 1 ədəd soğan
  • 1 ədəd yerkökü
  • 30 qr yumru düyü
  • 100 ml xama
  • 1 xörək qaşığı tomat pastası
  • duz, istiot, kəklikotu
  • bitki yağı
  • cəfəri

Hazırlanma qaydası:

İlk öncə düyünü suda bişirib suyunu süzün. Soğanı xırda doğrayıb yağda qovurun. Üzərinə sürtgəcdən keçirilmiş yerkökü əlavə edib 5-7 dəqiqə qovurun. Bir qabda qiymənin üzərinə bişmiş düyü, qovrulmuş tərəvəzlər, duz və istiot əlavə edib qarışdırın. Kələmi suda pörtlədin. Bişən kələm yarpağına içlikdən qoyub bükün. Odadavamlı şüşə qaba və soba qəlibini yağlayıb dolmaları düzün. Təxminən yarım stəkan isti suda xama və tomat pastasını qarışdırıb dolmaların üzərinə tökün. Dolmaların üzərinə təzə kəklikotu budaqları qoyub düz səpin. Qabın üzərini folqa kağızıyla örtün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sonda folqa kağızını çıxarıb dolmaların üzəri qızarana kimi 5-10 dəqiqə sobada saxlayın. Bişdikdən sonra üzərinə xırda doğranmış göyərti səpib xama və ya qatıqla süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.