Bu tort şokolad sevənləri sevindirəcək. Evdar.az görüntüsüylə belə insanı xoşbəxt edə bilən şokoladlı fantaziya tortunun reseptini təqdim edir.
Biskvit üçün:
- 150 qr tünd şokolad
- 300 qr şəkər tozu
- 250 qr süd
- 250 qr kərə yağı
- 200 qr un
- 100 qr kakao
- 3 ədəd yumurta
- 2 çay qaşığı qabartma tozu
Şokoladlı qanaş üçün:
- 700 qr tünd şokolad
- 500 ml 33%-lik qaymaq
Bəzəmək üçün:
- trüfel konfetləri
- kakao
- badam lopası
Hazırlanma qaydası:
Biskviti hazırlamaq üçün bir qabda kərə yağı, süd, şokolad və şəkər tozunu ocağa yerləşdirin. Qarışdıraraq ədirin və qaynatmadan ocaqdan götürün. 10 dəqiqə kənarda soyumasını gözləyin. Soyuyan şokoladlı qarışığa ələnmiş un, kakao və yumurtanı bir-bir əlavə edərək qarışdırın. Diametri 26-28 sm olan soba sinisinə yağlı kağız sərin və yağlayın. Hazırladığınız biskvit xəmirini siniyə töküb yayın. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. İlk 20 dəqiqə sobanın qapağını açmayın. Bişən biskviti sinidən çıxarıb soyudun.
Şokoladlı qanaş hazırlamaq üçün qaymağı qazancaya töküb ocaqda isidin. Ocaqdan götürüb üzərinə xırdalanmış şokoladları töküb yaxşıca qarışdırın. Eynikütləli cins olduqda otaq temperaturunda soyumağa buraxın.
Biskviti iki və ya üç hissəyə ayırın. Tortu hazırlayacağınız boşqaba ilk korju qoyub üzərinə şokoladlı qanaş yaxın. Qalan korjları da eyni qaydayla qanaş yaxaraq üst-üstə düzün. Tortun üstünə və kənarlarına da qanaş yaxın. Tortun kənarlarını badam lopasıyla bəzəyin, üstünə isə kakao səpin. Tortun üzərinə trüfel konfetləri düzün. Və ya özünüz ev şəraitində hazırlaya bilərsiniz.
Nuş Olsun!