Şokoladlı Həzz – Maltesers Tortu

Yields: 1 Serving

“Maltesers” tortu ad günlərində, bayramlarda hazırlaya biləcəyiniz gözəl görünüşlü və çox dadlı şokoladlı tortdur. Evdar.az dadlı şokoladlı tortun reseptini təqdim edir.

Tərkibi:

Krem üçün:

  • 185 ml süd
  • 200 qr qəhvəyi şəkər tozu
  • 125 qr kərə yağı

Korj üçün:

  • 1 xörək qaşığı qabartma tozu
  • 200 qr un
  • 3 ədəd yumurta
  • 50 qr kakao
  • 185 qr otaq temperaturunda yumşaldılmış kərə yağı

Qanaş üçün:

  • 345 qr şəkər kirşanı
  • 95 qr quru süd
  • 300 qr tünd şokolad
  • 125 ml 35 % -lik qaymaq
  • 30 qr kərə yağı

Üzəri üçün:

  • 465 qr Maltesers şokoladlı konfetləri (təxminən 3 paçka)

Hazırlanma qaydası:

Krem üçün ilk öncə otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu və südü bir qaba töküb zəif ocaqda həll olunanadək yaxşıca qarışdırın. Ocaqdan götürün və otaq temperaturunda soyudun.
Korj üçün bir qabda ələnmiş un, kakao, qabartma tozu və kərə yağını əlinizlə ovun. Üzərinə yüngül çırpılmış yumurta əlavə edib yaxşıca qarışdırın. Dairəvi formanı kərə yağıyla yağlayın və xəmiri formaya töküb yayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin.
Qanaş üçün balaca qazançaya şokoladı sındırıb tökün, üzərinə kərə yağı və qaymağı əlavə edib zəif ocağa qoyun. Şokolad əridikdə ocaqdan götürüb bir neçə dəqiqə soyudun. İlıq şokoladlı kütləni mikserlə və ya blenderlə eynikütləli olanadək çırpın. Üzərinə şəkər kirşanı və quru süd əlavə edib yenə çırpın və soyumağa qoyun.
Korjları 3 və ya 4 hissəyə ayırın. Hər korju kremləyin və qanaş yaxın (qanaşdan bir az kənarda saxlamaq üçün ayırın). Tortu yarım saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxardığınız tortun üzərinə qalan qanaşı yaxın və üstündən Maltesers konfetlərini düzün.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.